• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1574
— 06.08.2016 16:56

“Kəpəz”in əvəzedici komandası yeni mövsümdə ilk oyununu sabah keçirəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatına start verilib. “Kəpəz”in əvəzedici komandası yeni mövsümdə ilk oyununu sabah keçirəcək. “Sarı-göylər” Qəbələdə eyniadlı komanda ilə qarşılaşacaq. Çempionata Gəncə və Samuxda hazırlaşan Azər Məmmədovun komandası 5 həftəlik təlim-məşq toplanışı və yoxlama oyunları keçirib. Əvəzedici heyətdə bir xeyli dəyişiklik olub. Belə ki, kollektivə 10 yeni futbolçu qoşulub. Dəyişməz olan isə məqsəddir. “Kəpəz”in “dubl”u əsas komanda üçün oyunçu yetişdirməlidir.

Azad Rəfi