• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1332
— 05.08.2016 17:38

Samuxda kikboksinq üzrə respublika səviyyəli turnirə start verilib

“Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında reallaşan yarış ənənəvi xarakter daşıyır və 6-ci ildir ki, keçirilir. Döyüş növləri arasında kikboksinqin daha populyar olduğu yarışın açılış mərasimində bir daha qeyd olunub. “Bu günün idmançısı sabahın döyüşçüdür” deyən natiqlər bu idman növü ilə məşğul olanların əsgər hazırlığı keçdiyini bildiriblər. Rəsmi hissədən sonra yarış başlayıb. Samux Kikboksinq Klubunun açıq rayon birinciliyində 400-ə yaxın idmançı mübarizəyə qoşulub. Bu qədər döyüşçü müxtəlif şəhər və rayonu təmsil edən 26 komandanın tərkibində yer alıb. Uşaq, yeniyetmə, gənclər və kişilər arasında keçirilən yarışda mükafatçılar 55 çəki dərəcəsində məlum olacaq.

Azad Rəfi