• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1412
— 04.08.2016 17:38

Gəncədə mini futbol üzrə növbəti “Sevinc Kubok”u yarışına start verilib

Ənənəvi xarakter daşıyan və hər il reallaşan turnir bir qayda olaraq yay tətili günlərində keçirilir. Məktəblilərin asudə vaxtının səmərəli təşkilinə hesablanan yarışın açılış mərasimində bu kimi birinciliklərin uşaq futbolunun inkişafına xidmət etdiyi qeyd olunub. Bir ay davam edəcək cari turnirdə 17 komanda mübarizə aparacaq. 9-12 yaşlı futbolçulardan formalaşan kollektivlər 4 qrupda çıxış edəcəklər. Qrup matçlarının nəticəsinə əsasən, ən yaxşı göstəriciyə malik iki komanda sonrakı mərhələyə vəsiqə qazanacaq. Yarışa 3-cü yer uğrunda və final oyunu ilə yekun vurulacaq.

Azad Rəfi