• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1373
— 02.08.2016 15:29

Gəncənin 1 saylı Uşaq Gənclər İdman Məktəbinin cüdo bölməsində məşqlər davam etdirilir

Məzuniyyət dövrü olsa da, idman məktəbləri fəaliyyətinə ara verməyib. Ayrı-ayrı idman növləri üzrə bölmələr növbəli qısa istirahətdən sonra hazırlıq prosesini bərpa edib. Bu mənada Gəncənin 1 saylı Uşaq Gənclər İdman Məktəbinin cüdo bölməsində məşqlər davam etdirilir. İdman ocağının cüdo bölməsində 5 məşqçi 11 qrupda bu idman növünün tədrisi ilə məşğul olur. Qruplarda müxtəlif yaş qrupları üzrə 150-yə yaxın idmançı məşq edir. Cüdoçular yeni mövsümdə keçiriləcək respublika və beynəlxalq əhəmiyyətli yarışlara hazırlaşırlar.

Azad Rəfi