• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1351
— 01.08.2016 15:02

Gəncə Olimpiya İdman Kompleksində pençak-silat döyüş növü üzrə yarış keçirilib

Yeniyetmə və gənclər arasında təşkil olunan turnirdə ölkəmizin müxtəlif şəhər və rayonlarından komandalar ilə yanaşı, Türkmənistan idmançıları da qüvvəsini sınayıb. Yarışda ayrı-ayrı çəki dərəcələri üzrə ümumilikdə 200-ə yaxın döyüşcü medallar uğrunda mübarizə aparıb. Pençak-silat İndoneziyada yaranıb və islam ənənələrinə söykənən şərq döyüş növü hesab olunur. Bu idman növü üzrə dünyada 87 federasiya fəaliyyət göstərir.

 

Azad Rəfi