![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/idman_95.jpg?itok=QcD4by4j)
Samux rayonunda bələdiyyə komandaları arasında milli qəhrəman Eltun İsgəndərovun xatirəsinə həsr olunan futbol turniri keçirilib. 8 kollektivin iştirak etdiyi yarışın finalında Qarayeri və Ağasıbəyli komandaları üz-üzə gəlib. Sərkar kənd stadionunda baş tutan həlledici qarşılaşmada rəqibini 6:2 hesabıyla məğlub edən Ağasıbəyli futbolçuları turnirin qalibi adını qazanıblar. Oyundan sonra mükafatlandırma mərasimində komandalar rayon icra hakimiyyəti tərəfindən medal və fəxri fərman, qalib klub isə kubokla təltif edilib.
Orxan Cəfərzadə
- Baxış: 1353