• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1401
— 22.07.2016 16:16

Gəncə Olimpiya İdman Kompleksində basketbol üzrə Ramazan Kuboku keçirilib

Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının təşkilatçılığı ilə baş tutan yarışda TİM idmançılarıyla yanaşı 1 saylı Uşaq Gənclər İdman Məktəbi və Uşaq Fiziki Hazırlıq klubunun yetirmələri də mübarizə aparıb. Ramazan kubokunda 2 yaş qrupunda - 2002-2003 və 2004-2005-ci il təvəllüdlü oğlan basketbolçular qüvvəsini sınayıb. Hər iki yaş qrupunda “Təhsil” komandası birinci pilləyə layiq görülüb. Sonda mükafatlandırma mərasimində fərqlənən komandalar medal və fəxri fərman, qalib kollektiv kubokla təltif olunub.

Rizvan Səfərov - yarışın baş hakimi: "Hər hansı bir idman növünün kütləviliyinə nail olduqda, həmin idman növündə perspektivli, ümidverici idmançılar aşkar edilir. Bu da o deməkdir ki, istedadlı basketbolçular Azərbaycan yığma komandasının heyətinə cəlb olunacaq. Bu yarışda biz istəyimizə nail olduq. İlk dəfə 2004-2005-ci il təvəllüdlü basketbolçuların yarışı keçirilirdi. Biz bu yeniyetmələr arasından istedadlıları aşkar etdik".

Orxan Cəfərzadə