• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1741
— 31.05.2017 02:07

Sonuncu dayanacaq

Rejissor: Kim Ci-un

İL: 2013

Rollarda:Arnold Şvartsenegger Forest Uitaker Conni Noksvil Rodriqo Santoro Ceymi Aleksander Luis Qusman Eduardo Noryeqa Peter Stormare Zak Gilford Cenezis Rodrigez

Məzmun: Rey Ouens uzun illər Los Anceles polis idarəsində xidmət edib. Bir neçə həmkarının ölümü ilə nəticələnmiş uğursuz əməliyyatdan sonra sevimli işindən məhrum olur. Rey Meksika ilə sərhəddə yerləşən Sommerton Cankşen adlı qəsəbəyə köçür. Ouens orada şerif vəzifəsinə işə düzəlir. Bu qəsəbədə həyat çox sakit və insidentsiz keçir, ona görə Reyin istirahət etməsinə, yerli barda dincəlməsinə xeyli vaxt qalır. Ancaq günlərin bir günü qəsəbəyə Federal Təhqiqatlar Bürosunun agentləri gəlir. Onlar şerifə Qabriel Kortez adlı təhlükəli narkobaronun həbsxanadan qaçdığını bildirirlər. Kortez öz bandası ilə Meksika sərhədini keçərək, məsuliyyətdən yayınmağa çalışır. Qatı cinayətkarın “korteji”nin yolu isə məhz bu qəsəbədən keçir. İndi Rey Ouensin çiyinlərinə ağır yük düşür. O, dostlarını bir araya gətirib kriminal avtoritetin ölkə hüdudlarını tərk etməsinə hər vəchlə mane olmalıdır.