Cüdo üzrə paralimpiya yığmamız Rio olimpiadası öncəsi növbəti təlim-məşq toplanışı keçirib. Gürcüstanın Qori şəhərində hazırlıq keçən millinin 16 nəfərdən ibarət heyətində gəncəli cüdoçu, Rio paralimpiyasına lisenziya qazanmış Ramil Qasımov da yer alıb. Bu dəfə məşqçilər əsasən taktiki-texniki məşqlərə üstünlük veriblər. Millimiz Braziliyaya yollanmamışdan əvvəl daha bir neçə təlim-məşq toplanışına qatılacaq.
Orxan Cəfərzadə
- Baxış: 398