• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 899
— 12.04.2016 18:00

Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının futbol meydançası təmirə dayanıb

Ot örtüyünün vəziyyətinin yaxşılaşdırılması üçün qazonda işlər görülür.36 il öncə istifadəyə verilən mərkəzin stadionu əsaslı təmirə ehtiyac duyur. Arenanı müasir tələblərə cavab verəcək vəziyyətə gətirmək üçün xeyli vəsait lazım olsa da, meydançanı qismən az məbləğin qarşılığında həyata qaytarmaq mümkündür. Elə bu nəzərə alınaraq daxili imkanlar hesabına qazonda işlərə başlanılıb. Bildirək ki, son illərdə istifadəsiz qalan stadionda cari futbol ilində uşaq və yeniyetmə futbolçular arasında respublika əhəmiyyətli yarışlar keçirilib. 

Ötən ilə kimi Gəncə komandaları AFFA tərəfindən keçirilən yarışlarda zona oyunlarını Göygöl və Şəmkirdə keçiriblər. Yalnız 2015-ci ilin yayında Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının stadionunda aparılan cüzi işlərdən sonra qazon nisbətən yaxşı vəziyyətə gətirilib və belə də resbulika birinciliyinin oyunları Nizami yurdunda təşkil olunub. 

Hər bir idman növünün inkişafı ona yaradılan şəraitdən çox asılıdır. Bazanın vəziyyəti nə qədər ideal olarsa, potensialı üzə çıxarmaq bir o qədər yaxşı olar.

Mövcud duruma uyğun olaraq şəraiti genişləndirmək üçün mərkəzdə əlavə müxtəlif ölçülü bir neçə meydançanın salınması nəzərdə tutulub və paralel olaraq artıq bu yöndə işlərə də start verilib. Meydançalar təbii və süni örtüklü olacaq.

Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının stadionunda ot örtüyü uyğun vəziyyətə gətirildikdən sonra meydançanın kənarında qaçış cığırının salınması və tribunalara plastik oturacaqların qoyulması da planlara daxildir.

Azad Rəfi