• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1477
— 08.04.2016 18:00

Futbol üzrə Azərbaycan I Divizionunda 21-ci turun görüşləri keçirilir

İlk oyun günündə Tovuzun "Turan" kollektivi doğma meydanda Bakının eyniadlı klubunu sınağa çəkib. Son 4 oyunda uduzmayan tovuzlular uğurlu çıxışını paytaxt kollektivi ilə matçda da davam etdirib. Bir müddət öncə komandaya yeni təyin olunan baş məşqçi Əsgər Abdullayevin rəhbərliyi altında uğurlu qrafik cızan qərb təmsilçisi rəqibini minimal hesabla üstələyərək xallarının sayını 29-a çatdırıb. Ev sahiblərinin yeganə qolunu 30-cu dəqiqədə Vüsal Qarayev rəqib qapısından keçirib.

Əsgər Abdullayev - "Turan Tovuz"un baş məşqçisi: "Oyun çətin keçdi. Komanda 8 ay olardı ki, evdə qələbə qazanmırdı. Qalib gələrək psixoloji durumu yaxşılaşdırmaq lazım istəyirdik. Çox şükür doğma meydanda qələbə qazanaraq bu sindromunu qıra bildik. Bakı ilə oyunda istəyimizə nail olduq."

Orxan Cəfərzadə