• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1384
— 02.04.2016 15:20

Şahin Diniyev: “Səhvlərimizi minimuma endirib, məqsədimizə çatmalıyıq”

Futbol üzrə Azərbaycan Premyer Liqasında sabah 28-ci turun oyunları keçiriləcək. Tur çərçivəsində Gəncənin “Kəpəz” klubu səfərdə AZAL-ın qonağı olacaq. Turnir cədvəli baxımından bu oyun hər iki komanda üçün vacib xarakter daşıyır. “Sarı-göylər” 3-cü pillədəki mövqeyini qorumağa çalışarkən, ev sahibləri liderlərə yaxınlaşmağa can atacaq. Tərəflərin Avroliqaya vəsiqə üçün mübarizə aparması da matçın əhəmiyyətini artırır. Rəqiblərinin xal itirməsinə ümid etməklə yanaşı, Gəncə klubunun özü də qələbə qazanmağa səy göstərəcək.

Şahin Diniyev- “Kəpəz”in baş məşqçisi: “AZAL güclü rəqibdir. Az büdcə və kasad heyətlə nəticəyə oynayan komandadır. Daha çox müdafiədən oynayırlar, əks-hücumlardan oyunu qururlar. Bizim yolumuz var və bu yolla gedirik. Rəqibləri yox, özümüzü fikirləşirik. Maksimum nəticə qazanmağa çalışırıq. Bizdən öndə və ya geridə olan komandaların necə oynamasını düşünmürük. Səhvlərimizi minimuma endirib, məqsədimizə çatmalıyıq”.

Azad Rəfi