• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2154
— 28.03.2016 15:39

Gəncədə boks üzrə birincilik baş tutub

Gəncədə Novruz bayramı və məktəblilərin yaz tətili günlərinə həsr olunan daha bir yarış idmanın boks növü üzrə keçirilib. 2 saylı Uşaq Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə reallaşan birincilik daxili xarakter daşıyıb. Yarışda 9 məşq bölməsinin 2002-2003-cü il təvəllüdlü 32 boksçusu rinqdə bacarığını göstərib. İştirakçılar 16 müxtəlif çəki dərəcəsində mübarizə aparıb. Yarış həm də sentyabr ayında eyni yaş qrupu üzrə keçiriləcək zona birinciliyinə seçim xarakteri daşıyıb.

Hidayət Şahin