• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1903
— 20.03.2016 14:44

“Kəpəz” ilə “Neftçi” qarşılaşıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun görüşləri keçirilir. Tur çərçivəsində Gəncənin "Kəpəz" kollektivi səfərdə "Neftçi"nin qonağı olub. Hücum futboluna üstünlük verən Şahin Diniyevin yetirmələri bunun nəticəsi olaraq 33 dəqiqəyə rəqib qapısından 2 top keçirib. İlk yarım saatın tamamında Bəxtiyar Soltanov, 3 dəqiqə sonra isə penalti vuruşundan Tural Axundov diqqət mərkəzinə düşüb. İkinci yarıda fəallığı artıran "ağ-qaralar" 60-cı dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Araz Abdullayev başla fərqlənib. 80-ci dəqiqədə referi növbəti dəfə ağ nöqtəni göstərib. 11 metrlik cərimə zərbəsini "Neftçi"dən Ruslan Qurbanov qola çevirib. 2-2 Bununla belə, qərb təmsilçisi qarşılaşmanın son anlarında Şəhriyar Rəhimovun ayağına yazılan qolla qələbə qazanmağa nail olub.

Hidayət Şahin