• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1004
— 17.03.2016 16:00

Samuxda məktəblilər arasında Novruz bayramı münasibətilə kütləvi idman tədbiri keçirilib

Təhsil Nazirliyi və Təhsil Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə düzənlənən yarış 4 idman növü - şahmat, dama, cüdo və stolüstü tennis üzrə reallaşıb. Həm qız, həm də oğlanların iştirak etdiyi mübarizələrdə rayonun məktəblər üzrə qalibləri qüvvəsini sınayıb. Samux qərb bölgəsində bu yarışın keçirildiyi ikinci rayon olub. Samuxdan sonra kütləvi idman tədbirləri Gəncədə baş tutacaq.

Gülağa Hüseynov -Samux rayon təhsil şöbəsinin müdiri: " Bu yarışlar respublikanın bütün regionlarında keçirilir. Bu gün final mərhələsidir. Qalib gələn məktəblilər burada iştirak edir. Biz bu idmançıların gələcəkdə respublika səviyyəli və beynəlxalq yarışlarda uğur qazanmasının arzulayırıq. Bu yarışlarda da perspektivli idmançıları aşkarlamaq istəyirik".

Orxan Cəfərzadə