• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2038
— 16.03.2016 16:11

Təhsil Respublika İdman Mərkəzinin voleybol üzrə Respublika birinciliyi Gəncədə keçirilib

Yarışın final mərhələsi Gəncədə reallaşıb. Birinciliyin açılış mərasimində oyunların Nizami Yurdunda keçirilməsinin əlamətdar hadisə olduğu və gələcəkdə digər idman növləri üzrə yarışların Gəncədə keçirilə biləcəyi vurğulanıb. Rəsmi hissədən sonra birincilik start götürüb.

İlk dəfə Gəncədə baş tutan voleybol yarışının final mərhələsində 7 komanda mübarizə aparıb. Birincilik 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunub.

Final mərhələsində Masallı, Göygöl, Kürdəmir, Sumqayıt, Balakən, Gəncə və Bakı voleybolçuları mükafatlar uğrunda yarışıb. Komandalar əvvəlcə 2 yarımqrupda dairəvi sistemlə mübarizə aparıb və qrupda ilk 2 yeri tutanlar yarımfinala, bu mərhələsinin qalibləri isə finala vəsiqə qazanıb.

İntiqam Hüseynov- TRİM-in Gəncə filialının direktoru: "Təhsil Respublika İdman Mərkəzinin Respublika birinciliyinin voleybol yarışının final mərhələsinin oyunlarının Gəncəyə salınması sevindirici haldır. Bu hal voleybolun bölgələrdə inkişafına müsbət təsir göstərən amillərdəndir. İdmançıların perspektivi artmaqdadır. Məqsədimiz, bu yaş qrupundan olan voleybol üzrə yığmamızın heyətini müəyyənləşdirmək və daha mötəbər yarışlara hazırlamaqdır".

Nəticələrə əsasən, finalda Bakının 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin komandası Sumqayıt kollektivini 2-0 hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb. 3-cü yer uğrunda qaşrılaşmada isə Balakən Kürdəmir komandasından güclü olub.

Hidayət Şahin