![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/gulew_15.jpg?itok=hrU3j_9p)
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan yarış Novruz bayramına həsr olunub. 14-16 yaşlı güləşçilərin döşək üzərinə çıxdığı birincilikdə 100-ə yaxın idmançı 10 çəki dərəcəsində güclünü müəyyənləşdirməyə çalışıb. Yarışda şəhərin bütün idman məktəbləri və cəmiyyətləri təmsil olunub. Əldə olunan medallara görə, Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialı komanda hesabında 1-ci olub. Mükafatçılar sırasına düşən pəhləvanlar medal və diplomla təltif edilib.
Elçin Zeynalov -əməkdar məşqçi: "Bu yarışımız əsasən seçim xarakteri daşıyır. Qarşıda bizi Azərbaycan birinciliyi gözləyir. Yarışımız çox yüksək səviyyədə keçirilir. Mənə elə gəlir ki, Azərbaycan birinciliyində pəhləvanlarımız şəhərimizi sevindirəcəklər".
Hidayət Şahin
- Baxış: 476