5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan yarış açılış mərasimi ilə başlayıb. Rəsmi hissədə Gəncənin ölkədə futbol şəhəri kimi tanınmağından, uşaq və yeniyetmələrin idmanın bu növünə hədsiz marağından bəhs olunub. 12-13 yaşlı futbolçulardan təşkil olunan kollektivlərin çıxış etdiyi yarışda TRİM-in 6 komandası ilə yanaşı, digər idman məktəblərinin, "Kəpəz" futbol klubunun və Kəlbəcər rayonunun təmsilçiləri qüvvəsini sınayır. 10 komandanın iki qrupa bölünərək mübarizə apardığı yarış iki həftə davam edəcək. Qruplarda ilk iki yeri tutanlar yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Birinciliyə final və 3-cü yer uğrunda keçiriləcək oyunlarla yekun vurulacaq. Yarışda həmçinin, ən yaxşı futbolçu, ən yaxşı qapıçı, bombardir və digər nominasiyalar üzrə qaliblər də müəyyənləşəcək.
İlham Səmədov- TRİM-in Gəncə filialının futbol bölməsinin baş məşqçisi: "Sevindirici haldır ki, qarşılaşmalar Təhsil Respublika İdman Məkrəzinin Gəncə filialının təbii ot örtüklü meydançasında oynanılır. Bildiyiniz kimi, AFFA-nın keçirdiyi Azərbaycan birinciliyi başa çatıb. Həmin vaxt ərzində yaranan boşluğu aradan qaldırmaq məqsədi ilə bu yarışı təşkil etdik ki, uşaqların oyun təcrübəsi artsın".
Hidayət Şahin
- Baxış: 459