• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1395
— 09.03.2016 17:56

Gəncədə yeniyetmə oğlanlar arasında keçirilən basketbol üzrə açıq birinciliyə yekun vurulub

Gəncədə yeniyetmə oğlanlar arasında 5 mart bədən tərbiyyəsi və idman gününə həsr olunan basketbol üzrə açıq birinciliyə yekun vurulub. Yarış 5 gün davam edib.

Təhsil Respublika İdman Mərkəzinin Gəncə filalının təqvim planına uyğun olaraq daha əvvəl 5 mart Bədən tərbiyəsi və idman gününə həsr olunan cüdo və boks idman növləri üzrə yarışlar keçirilib. Basketbol yarışı isə bunlardan üçüncüsüdü.

Açıq birincilik iki yaş qrupu üzrə - 2000-2001 və 2002-2003-cü il təvəllüdlü basketbolçulardan təşkil olunan komandalar arasında baş tutub. 12 kollektivin çıxış etdiyi yarışda Gəncə basketbolçuları ilə yanaşı, Mingəçevir təmsilçisi də iştirak edib.

Rizvan Səfərov - yarışın baş hakimi: "Basketbolu inkişaf etdirmək üçün bu idman növündə yarışlar keçirilməlidir. Belə yarışlarda kütləvilik, idmançıların hazırlığı əsas şərtdir. Bundan əlavə bu yaş qruplarında şəhərimizin yığmasını təyin edib, respublika yarışlarına hazırlayırıq. Əsas məqsəd perspektivli basketbolçuları aşkar edilməsidir. Biz də əlimizdən gələni edərək bu idmançıların üzərində çalışıb millinin heyətinə cəlb edəcəyik."

Dairəvi sistem üzrə keçirilən oyunlardan sonra 2002-2003-cü il təvəllüdlü basketbolçuların birinciliyində həlledici görüşdə TİM-in "Gəncəli" və "Məhəllə" komandaları üz-üzə gəlib. Qarşılaşma birincilərin 50-48 hesablı qələbəsi ilə başa çatıb. Digər yaş qrupunda isə qalibi təyin edən oyunda TİM-in "Şef" və "Gəncəli" komandaları görüşüb, burada 64-55 hesabı ilə üstün olan "Şef" yarışın baş mükafatına yiyələnib. Qalib komandaların üzvləri fəxri fərman, medal və diplomla yanaşı, kubokla təltif edilib.

Hidayət Şahin