• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 850
— 29.02.2016 15:57

Gəncədə Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan boks üzrə açıq birincilik başlayıb

Təhsil Respublika İdman Mərkəzinin Gəncə filalının təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan boks üzrə açıq birinciliyə start verilib. Uşaq və yeniyetmələr arasında düzənlənən yarışın açılış mərasimində ölkəmizdə boks idman növünün böyük ənənələrinin olduğu vurğulanıb. Azərbaycan boksunun dünyada da tanındığı, dəri əlcək ustalarımızın beynəlxalq arenalarda uğurlara imza atdığı diqqətə çatdırılıb.  Birincilikdə Gəncə idmançıları ilə yanaşı Şəmkir, Tərtər, Qəbələ, Ağdam, Kəlbəcər və Sumqayıt təmsilçiləri də çıxış edir. Yarışa martın 2-si yekun vurulacaq.

Hidayət Şahin