• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1763
— 27.02.2016 12:50

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Gəncədə “Kəpəz”in rəsmiləri ilə görüşüb

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Gəncəyə gələrək, “Kəpəz” futbol klubunun rəsmiləri ilə görüşüb. Qurumun sədri Vaqif Sadıqovun başçılıq etdiyi nümayəndə heyətində Şakir Qəribov və Ağasaəlim Mircavadovla yanaşı, assosasiyanın İcraiyyə Kimotəsinin üzvü İsgəndər Cavadov da yer alıb. Gəncə klubundan isə görüşdə Müşahidə Şurasının üzvləri Mikayıl Nərimanoğlu, Müzəffər Qasımov, icraçı direktor Mehman Allahverdiyev və komandanın baş məşqçisi Şahin Diniyev iştirak edib. Qonaqlar klubdakı vəziyyətlə maraqlanıb, “Kəpəz”in elitaya çıxmaqla çempionata yenidən rəng qatdığını bildiriblər. Məşqçilər Komitəsinin üzvlərinə Gəncənin futbolla nəfəs aldığı, komandaya azarkeş marağının böyük olduğu bildirilib. Qarşılıqlı fikir mübadiləsindən sonra tərəflər Gəncə futbolu və “Kəpəz” ilə bağlı müəyyən məsələlər ətrafında müzakilərlər aparıblar.

Vaqif Sadıqov- AFFA-nın Məşqçilər Komitəsinin sədri: “Bütün ilklərə imza atan Gəncə futbolu olub. Bu gün komandaya azarkeş dəstəyi böyükdür. Biz hamımız arzulayırıq ki, “Kəpəz” çempionata rəng qatdığı kimi, Avropada da sözünü deməyi bacaran komanda kimi çıxış etsin. Səmərəli görüş keçirdik, problemlərlə tanış olduq”.

Azad Rəfi