Qış fasiləsindən sonrakı – 14-cü turun ikinci oyun günündə “Şəmkir” doğma meydanda “Zaqatala”nı qəbul edəcək. Bu oyun fevralın 19-u saat 14:00-a təyin olunub. Ev sahibləri qarşıdakı matça ciddi hazırlaşıb. Baş məşqçi Kamran Əlibabayevin yetirmələri hazırlıq planına uyğun olaraq, həftəiçi zaqatalalılarla oyuna məşq ediblər. Turnir cədvəlində 22 xalla 3-cü olan “Şəmkir” “zəhmət güzgüsü”ndə rəqibindən öndədir. Belə ki, qonaqlar 16 xalla 8-ci yerdə qərar tutublar. Qış hazırlığı dövründə şəmkirlilər heyətdə köklü kadr islahatları aparıblar. Komandanı 10 futbolçu tərk edib. Bunun əvəzində heyətə elita təcrübəsi olan oyunçular dəvət olunub.
Orxan Cəfərzadə
- Baxış: 792