Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları çərçivəsində “Kəpəz” Gəncə şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək. Şahin Diniyevin komandası qarşıdakı oyuna hazırlığı Bakıda keçib. “Sarı-göylər” yalnız bu gün oyundan öncəki məşqə matçın keçiriləcəyi arenada çıxıb. “Kəpəz”in heyətində uzun müddətə sıradan çıxan Dario Frederikonu nəzərə almasaq, zədəli yoxdur. Bununla belə, komandanın heyətində itki var. Budaq Nəsirov sarı vərəqə limiti doldurduğundan, cəzalı duruma düşüb. Gənc yarımmüdafiəçi bu səbəbdən Ağdam klubu ilə görüşü buraxmaq məcburiyyətində qalıb. Gəncəyə oyundan biri gün əvvəl gəlmək istəməyən “Qarabağ” isə, sabah təyyarə ilə Nizami yurduna təşrif buyuracaq. Turun mərkəzi görüşü saat 15:00-da başlayacaq.
Azad Rəfi
- Baxış: 519