• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1589
— 13.02.2016 10:59

Serbiyada futzal üzrə dünya çempionatının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib

Serbiyanın paytaxtı Belqradda futzal üzrə dünya çempionatının pley-off mərhələsində üz-üzə gələcək komandalar üçün püşkatma mərasimi keçirilib. 14 yığma arasında Azərbaycan seçməsi da yer alıb. Püşkatma nəticəsində Hollandiya millimizə rəqib olub. Azərbaycan pley-offda bu komandaya qalib gələcəyi halda tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak etmək hüququ qazanacaq. Pley-off mərhələsinin oyunlarının martın 22-də və aprelin 12-də keçirilməsi nəzərdə tutulub. Avropanın 7 qalib komandası bu il sentyabrın 14-də Kolumbiyada start götürəcək mundiala vəsiqə əldə edəcək.

Hidayət Şahin