• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1267
— 16.08.2024 18:01

Əhali pulunu ən çox nəyə xərcləyir?

KepezTV Player

Sakinlər arasında keçirilən sorğuya və əhalinin istehlak xərclərinin strukturuna baxanda görünür ki, Azərbaycanda əhali, əsasən ərzağa pul xərcləyir. Elə hesabat dövründə də əhalinin pərakəndə ticarət xərclərinin əsas hissəsi, yəni 50,6 faizi ərzaq məhsullarına sərf olunub. Bu göstərici, ərzaq məhsullarına olan yüksək tələbi və həmçinin qiymətlərində olan artımı nümayiş etdirir.

Qərənfil Ramazanova - ekspert : Ailə büdcəmizin böyük qismi ərzağa gedir. ərzağı məbləği də bu büdcənin böyük bir qismini aparmağa təsir göstərir. Daha sonra bir qismi ciddi bir hissəsi komula xərclərə gedir. Və sonra dərman xərcləri, zəruri geyimlər var ki onlar. Müəyyən yaşdan sonra ailələrin dərman vasitələrinə ehtiyacı olur. düzdür artıq sığorta qarşılayır amma yenə də ciddi qism, vacib olanda bəzən çox qism ailədə buma də xərclənir.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 12,9% faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 5,7% faizi avtomobil yanacağının, 2,3 faizi əczaçılıq və tibbi malların, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Rafiq Abbasov - ekspert : Son zamanlar əhalinin xərcləri müxtəlif istiqamətlərdə artmışdır. Tütün spirtli içkilərə çəkilən xərclər eyni zamanda paltara parçaya şəxsi gigiyena və sağlamlığa çəkilən xərclər, rabitəyə və yanacağa çəkilən xərclərin çəmkisinin artması bu istiqamətlərə aid ola bilər. Son z manlar ərzağın qiymətinin artması müəyyən şəkildə əhalinin də bu istiqamətdə xərclərinin artmasına gətirib çıxarmışdır. Bəzi insanlar evdənkənar qidalanmayada üstünlük verirlər. Bu da ayrıca xərc formatını yaradır.

Dövlət Statistika Komitəsinin məlumatına görə cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq 27 milyard  manat olub. Bu artım, ölkə iqtisadiyyatında istehlakçı xərclərinin artdığını və pərakəndə ticarət sektorunun dinamizmini göstərir.