• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 790
— 31.07.2024 18:41

Peşə təhsili üçün 31 minə yaxın plan yeri

KepezTV Player

Müasir, bazaryönümlü ixtisaslar son zamanlar peşə təhsilinə marağı artırıb. Bu, özünü peşə məktəblərinə qəbulda və şagirdlərin seçdikləri ixtisasda nəzərəçarpacaq qədər göstərir. Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, peşə təhsili müəssisələrində 10 ildə ilk dəfə bu il plan yerlərinin sayı 30 min 940 olub.

Nağı Nağıyev- Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin direktor müavini: 2023-cü ilin tədris ilinin sonuda bizim məzun sayımız 400-ün üstündə idi. 2024-cü ildə isə məzun sayımız 558 nəfərdən ibarətdir. Qəbul plan yerlərimiz bu il 820-dir və tələbələr müraciət edə bilərlər. Hal-hazırda peşə təhsilinə maraq artıbdır. Bu da ondan irəli gəlir ki, peşə təhsilinin diplomu ilə gedib fəaliyyət göstərə bilirlər. Və hal-hazırda bizim tələbələrimiz də istehsalat təlimi ustası kimi də çalışırlar.

Artan maraq peşəyönümlü ixtisaslar sırasına yenilərin də daxil olmasını şərtləndirir. Yeni yaradılan istiqamətlər arasında pilotsuz uçuş aparatlarının texniki xidməti və təmiri üzrə texnik, qida və içki üzrə mütəxəssis, Günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki və s. kimi əmək bazarında tələbat olan ixtisaslar yer alır.

Nağı Nağıyev- Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin direktor müavini: Bizim üçün sevindiricidir ki, bizim məktəbi bitirən məzunlarımız bir çox müəssisələrdə fəaliyyətə başlayıblar. Bundan başqa bizə pua qruplar var. Yəni iş yerində öyrənmə. Həmin qrupu bitirənlərin əksəriyyəti keçdikləri müəssisədə işlə təmin olunublar. Bildiyimiz kimi yüksək texniki peşə məktəblərində var. Və universitetə bir növ keçid edə bilirlər. Gəlirlər bura, burada bir növ öyrənirlər və davamını gedirlər ali məktəbə.

İyulun 29-dan etibarən isə peşə təhsili müəssisələrinə  tələbə qəbuluna başlanılıb. Müraciət etmək istəyənlər 84 müəssisə üzrə 136 ixtisas arasından seçim edə bilərlər. Prosesdə iştirak edən hər bir şəxs beş ixtisas üzrə seçim etmək imkanına sahibdir.

Leyla Teymurova- şagird: “Bu il mən 9-u bitirmişəm. Peşə təhsili müəssisəsində təhsil almaq üçün ixtisas seçirəm. Bu gün yazıldım, geyim üzrə dizayneri seçdim. Bu ixtisası oxuyub bitirib, bu sahədə çalışmaq istəyirəm”.

Nəzrin Heydərova- şagird: “Mən 1 il peşə məktəbində oxumuşam. Səhnə kostyumları üzrə dərzi ixtisasını bitirmişəm. İndi isə gəlmişəm qeydiyyatdan keçib, yüksək peşəyə iş verim - moda dizayneri. Onu da bitirdikdən sonra universitetə qəbul olmaq istəyirəm.​

Peşə təhsili müəssisələrinə son müraciət tarixi 12 avqustdur. Plan yerlərdən 23 185 dövlət sifarişli, 7775-i isə ödənişlidir.