Mərkəzi Seçki Komissiyası bu ilin sentyabrın 1-nə təyin olunan Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar növbəti maarifləndirici seminar təşkil edib. Seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan tədbir Bakıdan sonra Gəncədə reallaşıb. Əsasən qərb bölgəsini əhatə edən dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılmasına, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hesablanan seminarda 100-dən çox ekspert iştirak edib. Əyani vəsaitlərdən də istifadə olunmaqla keçirilən təqdimatlarda seçki hüququnun pozulmasını iddia edən subyektlərin müraciətləri zamanı qarşıya çıxan məsələlər ətraflı şəkildə izah edilib. Seminara qatılan dairə seçki komissiyalarının bütün ekspert qrupu üzvlərinə MSK tərəfindən hazırlanan yaddaş kitabçası da təqdim olunub.
Vüsalə Cənnətova
- Baxış: 346