• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1194
— 24.06.2024 19:33

Cinayətkar 3 polis əməkdaşını və 1 mülki şəxsi qətlə yetirib

KepezTV Player

Xəzər rayonu, Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunan, hazırda axtarışda olan 38 yaşlı Allahverdiyev Rövşən Oqtay oğlunu polis əməkdaşları saxlayarkən silahlı müqavimət göstərib. Bu barədə Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib. Qeyd edilib ki, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranan vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib. Həlak olanlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev, Mirəli Heydərovdur. Davam etdirilən tədbirlərlə Rövşən Allahverdiyev zərərsizləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Azad Mustafayev