Bu gün Riyaziyyat fənni üzrə müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı keçirilib. Ümumilikdə ona yaxın məktəbdə doqquz minə yaxın müəllim imtahan verib. Gəncədə 2 mərkəzdə həyata keçirilən prosesə 900 təhsilverən qatılıb. Nəticələrə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 2 nəfər ən yüksək nəticəni 60 balı toplayıb. 4 müəllim 59 bal yığıb. Test imtahanında 120 dəqiqə ərzində müəllimlərə tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim olunub. Hər düzgün cavab bir balla qiymətləndirilib. İmtahan başa çatdıqdan sonra namizədlər topladıqları balı kompüterin ekranında görüblər. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti beş il ərzində pedaqoji fəaliyyətini davam etdirməklə əmək haqqlarına 10 və 35 faizlik əlavə qazanıblar.
Aişə Rzayeva
- Baxış: 309