Qərb bölgəsində leysan xarakterli yağış yağıb, dağlıq rayonlara dolu düşüb. Güclü yağış Gəncədə nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinlik yaradıb. Şəhərin bir çox küçə və prospektlərinə güclü yağış nəticəsində sel gəlib. Kanalizasiya xətləri daşaraq nəqliyyatın hərəkətinə maneələr törədib. Bir neçə küçədə avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşıb. Leysan ayrı-ayrı yerlərdə yaşayış evlərinə də təsir edib. Sel suları həyətlərə, zirzəmilərə və evlərə dolub.
Şəhər sakini: “Bura, Gəncə şəhəri, Mikayıl Müşfiq küçəsidir.Yağış yağanda vəziyyətini görürsünüz, nə günə düşür. Su yığılır küçənin başına. Çökək küçədir, hamısı gedir qonşuların evinə dolur. Evdə yaşayış mümkün deyil. Körpə uşaqlar evdən vedrə ilə su daşıyıb çıxarırlar, bu şəraitdə yaşamaq mümkün deyil. Xahiş edirik, bu şəraitə bir əncam çəkin”.
Şəhər sakini: “Hər dəfə yağış yağanda bura göllənir, hamısı gəlir mənim evimə dolur. İndi uşaqlar çıxardılar. Mən hər gün ordan su çıxarıram, az qala evimin içinə dolsun”.
Pərvin Abbaszadə
- Baxış: 274