Gəncədə 3 iyun Ümumdünya Velosiped Günü münasibətilə veloyürüş keçirilib. Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən aksiyada 50-dən artıq velosipedçi iştirak edib. Heydər Əliyev Park-Kompleksindən başlayan veloyürüşdə bütün yaş qrupundan olan iştirakçılar 6 km-lik məsafə qət ediblər. Belə aksiyaların keçirilməsində məqsəd insanların sağlam həyat tərzinə marağının artırılmasıdır.
İntiqam Hüseynov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi: “Bu il 2024- cü il "yaşıl dünya naminə" ili elan olunub. Bu, həm də bir təmizlik aksiyasına çağırışdır ki, insanlar bu nəqliyyat növündən istifadə etməyə dəvət edilir. Ətraf mühitin qorunması ilə bağlı çox əlamətdar bir işdir. Eyni zamanda bizim şəhərimizin insanlarını sağlamlığa dəvət etməkdir ki, həm velosiped sürsünlər, həm də sağlamlıqlarının qayğısına qalsınlar”.
Orxan Cəfərzadə
- Baxış: 531