• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1054
— 23.05.2024 20:10

Ərdoğan zəlzələdən zərər çəkənlərə yardım toplayan azərbaycanlını mükafatlandırıb

KepezTV Player

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələdən sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla köməyə tələsən və fotosu ilə məşhurlaşan azərbaycanlı Sərvər Bəşirliyə “Vəfa Mükafatı”nı təqdim edib. Mərasim Prezident Köşkündə baş tutub. Bəşirli bu il Mükafata layiq görülən iki əcnəbidən biri olub.