KepezTV Player
Daşkəsən rayon Bayan kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Təhsil müəssisəsində 2020-2021 və 2023-2024-cü tədris illərində işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər yollarla 20 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə şübhələr müəyyən edilib. Faktla bağlı Daşkəsən rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılır.
- Baxış: 722