Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində Meksika səfirliyinin təşəbbüsü ilə “Gəncə Meksikanı kəşf edir!” adlı rəsm sərgisi təşkil edilib. Sərginin açılış mərasimində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero və şəhər rəhbərliyi iştrak edib. Sərgidə Meksikanın mədəniyyətini, tarixini eləcə də adət-ənənələrini əks etdirən şəkillər və atributlar yer alıb. Səfir bu cür əlamətdar tədbirlərin sənətsevərlər üçün dünya mədəniyyəti, incəsənəti və insanları ilə daha yaxından tanış olmaq, dünya xalqlarının milli koloritini dərindən duymaq imkanı yaratdığını bildirib. Meksika mədəniyyətinin məhz qədim tarixi, zəngin mədəniyyəti olan Gəncədə nümayiş olunmasının iki ölkə arasında olan əlaqələrin daha sıx inkişaf etməsinin əyani təzahürü olduğu vurğulanıb. Rəsm sərgisi Gəncə sakinlərinin və şəhərə gələn turistlərin böyük marağına səbəb olub.
Pərvin Abbaszadə
- Baxış: 282