• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 20.02.2024 10:22

Xarici dil bilməyin üstünlükləri

Belə bir fikir var: “Xarici dil, xarici ölkələrə açılan qapı kimidir. Nə qədər çox bilsən, bir o qədər də dünyagörüşlü olarsan”. Bu, həqiqətən də doğrudur. Ancaq dil biliklərinin həyatımızda nə qədər rolu var? 

Son onilliklər ərzində dünyamız bir-birindən daha çox asılı olub və yeni texnologiyalar dünyada insanlarla daha sıx əlaqə qurmağımıza şərait yaradıb. Ölkələrlə əlaqə artdıqca, xarici dildə danışmağa da ehtiyac artıb. Tanış olmayan bir dili öyrənmək yalnız insanlarla əlaqələri gücləndirmir, eyni zamanda dilin mənsub olduğu xalqın mədəniyyətini də öyrənməyə imkan yaradır.

Rövşən Məmmədov- ingilis dili müəllimi: "Hər insan öz bacarığı ilə qabağa getməyə şans axtarır. Buna gedən yolda da xarici dilin rolu danılmazdır".

İngilis dilinin inkişafında səbəb, gənclərin istəyidir, yoxsa dövrün tələbi ?

Rövşən Məmmədov- ingilis dili müəllimi: "Hər ikisi deyərdim. Çünki gənclərin işəqəbulunda da bu, özünü göstərir".

Müsahibimizin dediklərinə əsaslanaraq deyə bilərik ki, hazırkı zamanda dünyanın aparıcı dillərindən olan ingilis dili gənclərin daha çox maraq dairəsindədir. Bununla yanaşı həmsöhbətimiz daha çox dil öyrənilməsinin tərəfdarı olduğunu vurğuladı.

Tellan Zeynalova