KepezTV Player
Türkiyənin "Qalatasaray" klubu da UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Son ölkə çempionu Çexiyanın “Sparta” Praqa klubunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2. İstanbul təmsilçisinin heyətində 19-cu dəqiqədə Kerem Demirbay fərqlənib, 61-ci dəqiqədə Ladislav Kreyci avtoqol müəllifi olub. 90+1-ci dəqiqədə Mauro İkardi görüşdə son nöqtəni qoyub. Qonaqlarda isə 47-ci dəqiqədə Angelo Presiado və 65-ci dəqiqədə Yan Kuçta adını tabloya yazdırıb. İkinci hissədə hər iki komandadan bir futbolçu meydandan qovulub və tərəflər oyunu 10 nəfərlə başa vurublar. Cavab görüşü fevralın 22-də Çexiyada olacaq.
- Baxış: 198