• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1610
— 12.02.2024 10:27

Unutqanlıqdan qurtulmağın yolları

Unutqanlıq və ya yaddaş zəifliyi müasir dövrün ən yayılmış problemlərindən biridir. Müasir günümüzün gətirdiyi stress və həyat tərzi insanların yaşam formasına öz mənfi təsirini göstərə bilər. Yaşadığımız cəmiyyətdə baş verən hadisələr həyat tərzimizə təsir etməklə yanaşı, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Oturaq, anti-sosial həyat və sıx iş stressi psixoloji və nevroloji problemlərə yol aça bilər. Unutqanlıq müxtəlif səbəblərdən baş verə bilər. Fərqli simptomlarla özünü göstərə bilər. Hər kəsdə eyni simptomların müşahidə olunmasını gözləmək mümkün deyil. Bəzi insanlar bu yaxınlarda yediklərini və ya içdiklərini unuda bilərlər. Digərləri isə etdiklərini unuda bilər. Bununla birlikdə bir obyektin harda yerləşdiyini unutmaq da mümkündür. Ancaq ən çox görülən simptomlar bunlardır. Gündəlik işləri unutmaq, gördüyünüz bir filmi, oxuduğunuz bir kitabı unutmaq, iş həyatında lazım olan işləri unudub, gecikdirmək.

Daha sosial bir insan olmağa çalışmaq, yeni məlumatlar öyrənməyi həyata keçirə biləcək təlimlərə qatılmaq və ağlın yorulmasının qarşısını almaq üçün lazımsız nüanslara qapılmamaq, ayrı-ayrılıqda tətbiq edilə bilən müalicə üsullarıdır. Bunları edərək siz unutqalığın qarşısını ala və daha sağlam həyat sürə bilərsiniz. Eyni zamanda təmiz hava almaq, sağlam həyat tərzi və əsəb, stress kimi problemlərdən uzaq durmaq, idman ilə məşğul olmaq və bunun kimi başqa nüansları diqqətə almaqla biz unutqanlıq probleminə birmənalı olaraq yox deyə bilərik. Sağlam həyat neçə yaşında oluruqsa olaq hər daim rutinə çevirməli olduğumuz həyat tərzinə çevrilməlidir. Bununla yanaşı zehni sağlamlığımızı qorumaq üçün əsas şərtlərdən biri də təmizlikdir. Əlləri yumaq, dişləri fırçalamaq, duş qəbul etmək  və.s bu kimi nüanslar da unutqanlıq probleminə həll yoludur deyə bilərik. Həyatınızı sevirsinizsə, özünüzə doğru formada qulluq edin. Sağlığınızın keşiyində qalın. Qalın ki, gələcəkdə geri dönülməyən problemlərlə qarşılaşmayasınız.

Ülvi Cəfərov