• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 830
— 19.01.2024 10:11

Gənc şahmatçı

Bu gün sizə gənc yaşda şahmat üzrə bir çox nailiyyət əldə edən Nizamini tanış etmək istəyirəm. Gəlin elə Nizaminin özündən eşidək ki, şahmat ilə nə zamandan bəri məşğul olur?

Nizami Qafarov– şahmatçı: "2013-cü ildə şahmat ilə məşğul olmağa başlamışam. Və artıq 10 ildir ki, şahmatdayam. Hədəfim də odur ki, ölkəmizi beynəlxalq turnirlərdə təmsil edim və bayrağımızı daim ucaldım".

Şahmat oynamaq Niyazi bəy üçün xüsusi bir məna ifadə edir. Bu oyun mənim özümə də maraqlı olduğu üçün elə mən də ondan şahmat oyunu ilə bağlı bir çox metodlar öyrəndim. Öyrəndikdən sonra isə bu oyun daha da maralı gəlməyə başladı. Şahmatın özünə xas qaydları insanda maraq oyadır. Gəlin elə şahmat haqqında ətraflı Nizamidən dinləyək.

Nizami Qafarov– şahmatçı: "Şahmat qədim, rəqabətli, stratejik bir oyundur. Bu gün milyonlarla insan şahmatı evdə, klublarda, onlayn şəkildə və turnirlərdə sevərək oynayır. Ölkəmizdə də şahmat digər ölkələrdə olduğu kimi sürətlə inkişaf edir. Hətta bu yaxınlarda Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Beynəlxalq turnir keçirilmişdir. Və belə turnirlərin keçirilməsi də şahmatın inkişafında böyük rol oynayır.

Bu qədər maraqlı bir oyun olmasına baxmayaraq, şahmat oyunu da digər oyunlar kimi olduqca çətin bir oyundur. Bu, iki oyunçu arasında taxta lövhə üzərində keçirilən əyləncəli, heç bir gizli məlumatı özündə əks etdirməyən, rəqabətli strateji oyun növüdür. Maraqlıdır, bəs bu oyunun başqa hansı faydaları var? Qeyd edim ki, şahmatı cavanından tutmuş yaşlısına qədər hər kəs sevir. Və oynayır.

Nizami Qafarov– şahmatçı: "Bildiyiniz kimi, şahmatın insan beyni üçün müsbət cəhəti çoxdur. Məsələn, diqqəti gücləndirir, insanın geniş düşünməsinə kömək edir. Səbirli olmağı öyrədir".

Şahmat səbir tələb edən bir oyundur. Bu oyunu öyrənmək isə vaxt tələb edir. Nizaminin illərdir, şahmatla məşğul olması əlbəttəki, Nizamiyə bir çox nailiyyətlər qazandırıb. Və qazandırmağa da davam edir.

Nizami Qafarov– şahmatçı: "Artıq 10 ildir ki, şahmatla məşğul oluram. Ölkəmizdə keçirilən bir çox turnirdə iştirak etmişəm. Və bu turnirlərdə bir çox nailiyyətlər əldə etmişəm. Son 1 ayda qazandığım uğurlardan danışsam, qardaş ölkənin Mersin şəhərində keçirilən turnirin qalibi olmuşam. Və Bakı şəhərində keçirilən Respublika birinciliyində 3 -cü yerin sahibi olmuşam. Ümumiyyətlə, ölkəmizdə keçirilən bütün turnirlərdə iştirak etmişəm və 1-ci, 2-ci, 3-cü yerlərin sahibi olmuşam".

Elə istəyərdim ki, Nizaminin hədəflərini də öyrənək.Ümumiyyətlə, onun şahmatla bağlı gələcək düşüncələri nələrdir? Gələcəkdə də bu sahə ilə məşğul olmağı düşünürmü?

Nizami Qafarov– şahmatçı: "Şahmat ilə bağlı hədəfim çoxdur. Və ölkəmizi layiqincə təmsil etmək, bayrağımızı daim ucaltmaq istəyərəm".

Nizamiyə bu yolda uğurlarının davamlı olmasını diləyirik. Biz isə hər zaman olduğu kimi bu cür istedadlı gəncləri “Gəncəm” də sizinlə tanış etməyə davam edəcəyik. Siz isə hələlik bizi izləmədə qalın.

Ülvi Cəfərov