Hər bir insan uşaqlıqdan “mən, pilot olub, təyyarə sürəcəyəm”, “rəssam olub, xəyallarımı təsvir edəcəyəm”, “aktyor olub, başqa insanları canlandıracağam” deyir. Bəzən bu, gerçək, bəzən də xəyal olaraq qalır. Bəs arzuları reallaşdırmağın yolu hardan və nədən başlayır.
Rüqəyyah Şükürova- tələbə: “Bu istedad məndə uşaqlıqdan yaranıb. İlk dəfə 10-11 yaşım olanda ədəbiyyat dərsində müəllimin verdiyi ev tapşırığı idi ki, özümüzdən bir hekayə yazmalı idik. Bu zaman bir hekayə yazdım, müəllimim mənim yazmağıma inanmadı. Bu, mənim üçün motivasiya idi. Bundan sonra məndə bir özgüvən yarandı və bunu davam edtirməyi düşündüm”.
İlk olaraq özünə inam və güvən daha sağlam addım atmağımıza, daha sonra isə xəyallarımızın xəyal olaraq qalmamasına səbəb olur.
Rüqəyyah Şükürova- tələbə: “Əvvəlcə hekayələr, daha sonra isə romanlar yazmağa başladım. Öz düşüncələrimi vərəqə tökməyə başladım. Vərəqə yazdıqcada rahataladığımı hiss elədim”.
Çox zaman ilk addımı atmaq qorxusu, uğurlu alınmaz. Qınaq obyekti olmaqdan çəkinmək insanların bacarıqlarının arxa planda qalmasına böyük təsir göstərir.
Rüqəyyah Şükürova- tələbə: “İlk dəfə şeir yazdıqda səhvlərim vardı, özüm də görürdüm, ancaq ki, indi daha da inkişaf etdiyimi görürəm”.
Gənclərin çox zaman istedadlarının kölgədə qalmasına əsas səbəb olaraq cəmiyyəti və ətrafımızda olan dostlarımızı, mühitin təsiri olduğunu nümunə göstərə bilərik.
Rüqəyyah Şükürova- tələbə: “Şeirlərimdə aktual mövzulara toxunmağı sevirəm. Hal-hazırda da erkən nikah aktual mövzulardandır.
Dərs oxuma, qulluq et sən ailənə,
Oxusa, o susmayacaq, bilirsiniz.
Qızınıza qadın həkim axtarıb,
Sonra “qadın təhsil almaz”, deyirsiniz”.
Gənclərdə əsaslı düşüncələrdən biri də odur ki, mən bunu bacarsam da, ixtisasımla uyğun deyil. Bu kimi düşüncələr yerinə həyatınızda olan bütün şansları dəyərləndirsək, gələcək üçün daha uğurlu bir kadr ola bilərik.
İstedadlar gizli qalmamalıdır, ön plana çıxarılmalıdır.
İnsanlar yoluna tikan salsa da,
Ümidin tükənib, yarım qalsa da,
Xəyalın gözündə bir dağ olsa da,
Əmin ol, sən bunu bacaracaqsan.
İstedadını hələ kəşf edə bilməmisənsə, özünü kifayət qədər tanımırsan deməkdir. Bunu etdiyin an fərqini də anlayacaqsan.
Ürfanə Əzimova
- Baxış: 204