İnsanları əyləndirmək, onlara xoş təəssürat bağışlamaq asan kimi görünsə də, olduqca çətindir. Hələ bir də bu işə çevrilərsə, nələr olar, gəlin, Safa bəyin özündən soruşaq.
Safar Allahverdi– şoumen: “Bir gənc olaraq, öz isdedadımı tapana qədər bir çox sahələrdə çalışmağa başladım. Və ən nəhayətində gördüm ki, ən yaxşısı mənim istedadımı ortaya çıxara biləcəyim sahə sadəcə olaraq aparıcılıq və şoumenlikdir. Və bu sahədə özümü artıq təkmilləşdirməyə başladım. Bu sahəyə gələnə qədər isə bir çox sahələrdə çalışmışam.
Şou dünyası öz rəngarəngliyi qədər ağ və qara rəngləri əhatə edir. Safa qeyd edir ki, əylənməyimiz, insanları əyləndirməyimiz göz önündə olan bir nüansdır. Ancaq bu işin çətinliyi də var.
Safar Allahverdi – şoumen: “Bu sahəyə qədər özümü çox təkmilləşdirdim və nəhayətində artıq ən azından Gəncə şəhərində öz adımı qazanmışam. Artıq məni məclislərində görmək istəyən bir çox kütlə var. Bu isə mənim uğurumdur, deyə düşünürəm. Burdan isə gənclərə onu demək istəyərəm ki, onlar nə isə istəyirlərsə, sadəcə olaraq onu həqiqətən istədiklərini bilməlidirlər və o barədə sadəcə olaraq düşünməlidirlər. Sanki onu yaşayırmış kimi düşünməlidirlər. Beyinlərində xəyal etməlidirlər və bunu etdikləri zaman hər bir şey onlar üçün asan olacaq. Universitetə hazırlaşdığım dövrdə heç bir şey oxumurdum. Dəcəl şagird olmuşam. Amma sadəcə olaraq özümə güvənirdim. Və özgüvənimin də nəticəsinin bəhrəsini gördüm. İllərlə hazırlaşan sinif yoldaşlarım bunun nəticəsini görə bilmədilər. Bunun başlıca səbəbi onların keçirdiyi stress idi. Stressdən kənar qalmaq lazımdır. Sadəcə olaraq, məqsədinizə doğru yönəlməlisiniz”.
Bu sahənin də özünə görə çətinlikləri var. Hər sahədə olduğu kimi. Safa bəyin şoumenliyi seçməsinin səbəbi də hər çətinliyinə rəğmən işini sevməsidir. O, bu işindən əlavə olaraq digər sahlərdə də uğur qazanmış bir gəncdir. 10 əlində 10 qabiliyyət olan Safa, bu işi görməkdən çox xoşbəxt olduğunu qeyd edir. Elə biz də ona bu uğur yolunda şans arzu edirik.
Safar Allahverdi– şoumen: “Bir çox sahədə çalışmışam. Bunlardan bir neçəsini mən sizin üçün sadalayım. Dizayner kimi fəaliyyət göstərmişəm, dekorçu kimi fəaliyyət gösdərmişəm və eyni zaman da feysart ilə də məşğul olurdum. Bu da mənim özümün içində olan qısa bir dönəmlik istək idi ki, onu da ümid edirəm ki, layiqincə gördüm”.
Safa bu işə başlamazdan əvvəl bir çox sahə üzrə işləyib və sonda şoumen olmağa qərar verib. Bu işin onun üçün doğru olduğunu və bu işdə özünü tapdığını qeyd edir.
Safar Allahverdi– şoumen: “Gənclərə bir şeyi tövsiyə edə bilərəm ki, onlar nəyi istəyirlərsə, onun ardınca mütləq getməyi düşünməlidirlər. Məqsədlərinə çatana qədər fikirlərini heç bir yana yayındırmamalıdırlar. Və bu yolda irəliləməlidirlər. Sevdikləri bir iş varsa, onu hobbi kimi etmək yerinə gəlir mənbəyinə çevirə bilərlər ki, 21-ci əsrdə yaşayırıq, artıq 2023-ə sağ ol deyib, 2024-ə keçəcəyik. Və bu illərdə artıq tanınmaq çox asanlaşıb. Sosial şəbəkələr artıq insanları daha tez qabağa çəkir. Və bu sahədə onlar istədikləri hobbilərini işə və biznesə yönləndirə bilərlər ki, ordan da gəlir əldə edə bilərlər”.
Bizə də elə gəlir lazımdır.
Ülvi Cəfərov
- Baxış: 257