Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən həvəskarlardan ibarət komandalar arasında keçirilən Region Liqasında yeni mövsümə start verilib. Goranboyun yeni yaradılan "Qala" kollektivi çempionatda debüt edib. Liqanın ilk turunun oyunları çərçivəsində "Qala" doğma meydanda "Bərdə"nin eyniadlı komandasını qəbul edib. Yeni formalaşan kollektiv üçün ilk sınaq uğurlu alınmayıb. Goranboylular yerli azarkeşlər önündə 0:2 hesablı məğlubiyyətə üzülüblər.
Ceyhun Əhmədov- "Qala"nın baş məşqçisi: “2023-cü ildə "Qala" futbol klubunu yaratdıq. Rayonlarda futbolun inkişafı üçün yaradılmış bir klubdur. Klublarda daha çox gənclərə üstünlük veririk. İlk həftənin, ilk turun oyunudur. İnşallah, bizim məqsədimiz ancaq və ancaq qələbə qazanmaqdır və ən əsası da nizam-intizamlı bir kollektiv yaratmaqdır”.
Ramin Paşayev
- Baxış: 283