KepezTV Player
Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluğa görə bir neçə dəfə məhkum olunmuş Yusif Ağayevin üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilmiş tədbirlər nəticəsində o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman “TT” markalı tapança, 8 ədəd patron və sandıqca aşkar edilərək götürülüb.Y.Ağayevdən götürülən tapança və patronlar ekspertizaya təqdim olunub, ekspertizanın da rəyinə əsasən silahın atəşə yararlı olduğu müəyyən edilib. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
- Baxış: 221