KepezTV Player
Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 mlrd manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub. Bunu Baş nazir Əli Əsədov parlamentin plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, işğaldan azad olunan ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin köçürülməsi təmin olunub. İlin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir. Qarabağ iqtisadi rayonunun əraziləri - Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad edilən rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub.
- Baxış: 725