KepezTV Player
Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi əməkdaşları əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Şəki sakini Yaşar Məmmədovu paytaxt ərazisində saxlayıblar. Üzərinə baxış zamanı 1 ədəd “Mararov” markalı tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Məmmədov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədi ilə özündə saxladığını bildirib. Yasamal rayonunda daha bir nəfər tikinti işləri görən zaman tapdığı 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd sandıqca və 25 ədəd patronu könüllü olaraq polisə təqdim edib.
- Baxış: 209