KepezTV Player
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşları əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Yevlax sakini Şakir Şadmanovu paytaxt ərazisində saxlayıblar. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Şadmanov avtomatı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədi ilə özündə saxladığını bildirib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 246