“Göytəpə” sərhəd dəstəsinin Cəlilabadın Gövüzbulaq kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Ümumi çəkisi 18 kiloqram 710 qram narkotik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 3607 ədəd Metadon M-40 həbi aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 261