Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Hər iki vəzifəli şəxs rüşvət qismində tələb etdikləri pulu vətəndaşdan alarkən cinayət başında yaxalanıb. Şəxslərin hər ikisi barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlardırma və həbs qətimkan tədbirləri seçilib.
- Baxış: 207