• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2249
— 15.11.2023 17:05

Avtomobil su kanalına aşıb

KepezTV Player
Göygöl rayonunda baş verən yol nəqliyyat hadisəsi zamanı avtomobil su kanalına aşıb. Qəza, rayonun Üçtəpə kəndində Gəncə istiqamətində hərəkət edən “Mercedes”in sürcüsü Aydın Əliyevin idarəetməni itirməsi nəticəsində baş verib. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb. Həmçinin yol kənarındakı bulaq zərbənin gücündən dağılıb, qaz xətti zədələnib.
İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub. Dəqiq səbəb hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşlarının araşdırmalarının nəticəsində bilinəcək. Fakt araşdırılır.