• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1595
— 13.11.2023 10:29

Ekoloji təmizlik

Təbiət insana nəfəs verir. Yaşamağa imkan verir və bizi yaşadır. Bəs biz gənclər bunu nə dərəcədə önəmsəyirik? Küçələri zibilləyən gənclər nəyin fərqində deyil? Bu günkü sujetimiz bu barədə olacaq. Gözünüz bizdə olsun. Biz təbiətə boş yerə “Ana” demirik. Çünki təbiət bizi bəsləyir, böyüdür, gələcəyimizə gedən yolda yeni arzuların yaranmasına səbəb olur. Suyun, torpağın, odun mövcudluğu təbiəti yaradır. Bəs biz gənclər yaşadığımız təbiəti qoruya bilirikmi? Təbiətin bizə verdiyi gözəlliklər qarşısında nələr edirik? Tullantılarla bərbad hala salırıq. Bu gün də musahibimizlə bu mövzulara toxunacağıq.

Şəhla Abbasova-Təbiəti qoruyaq layihələrində iştirak etmiş müəllim: "Biz gənclərimizi təbiəti qorumaqla bağlı maarifləndirir və bu yolda onlara örnək olmaq üçün əlimizdən gələni edirik. Müəyyən torbalar var ki, onların istifadəsinə məhdudiyyətlərin qoyulması ekoloji sağlamlıq üçün böyük təsir bağışladı".

Əlbəttə, tullantıların təbiəti çirkləndirməsi danılmaz faktdır. Bəs heyvanlar? Bəs canlılar? Axı təbiət onlarla birlikdə var olur. İnsanlar daima ətraf mühiti çirkləndirmişlər. Lakin, son zamanlara kimi ətraf mühitin çirklənməsi bu səviyyədə ciddi problemə çevrilməmişdi. insanlar əhalinin yerləşməsinin zəif olduğu kənd təsərrüfatı ərazilərində məskunlaşırdılar və onlar təbiəti çirkləndirən maşınlara malik deyildilər. Sənaye şəhərlərinin inkişaf etməsi və əhalisinin artması ilə əlaqədar olaraq, bu şəhərlərdə külli miqdarda tullantılar nisbətən kiçik əraziyə toplanırdı. Bu səbəbdən, problem daha ciddi forma aldı. Avtomobillər və digər texniki-texnoloji kəşflər çirklənmə prosesini daha da intensivləşdirirlər. 60-cı illərin sonlarında insanlar ətraf mühitin çirklənməsi ilə bağlı təhlükəni hiss etməyə başladılar.

Bu günə kimi bir çox gənclərin olduğu təşkilat və qurumlarda bu fikirlər adim işıqlandırılır. Təbiət var olduqca, biz də varıq. Unudub unutdurmayaq.

Tellan Zeynalova

 

ƏTRAFLI...