Alimlərimiz hər zaman “Gənclər yeni nailiyyətlərə imza atmalı və hər gün müxtəlif məlumatlar öyrənməlidir”, fikrini bizə aşılayırlar. Biz də bəzən gənclər olaraq, həm sosial şəbəkələrdən, həm də radiodan müəyyən məlumatlar öyrənirik. Bugünkü mövzumuz da bununla bağlı olacaq. Dövrümüzdə sosial şəbəkənin aktuallığı danılmaz faktdır. Sadəcə, necə deyərlər, birini ucaltdıqda, digərinin böhranına səbəb olmamalıyıq. Statistikaya nəzər salsaq, görərik ki, son illərdə gənclərin televiziya və radioya marağı azalmaqdadır. Onların fikrini dinlədikdə isə, qismən eyni cavablarla qarşılaşmış oluruq. Gəlin sualımızı, əhalinin bir qisminə ünvanlayaq və soruşaq: “Gənclər iki seçim arasında qalsalar, hansını seçərlər - televiziya, yoxsa sosial şəbəkə?”
Televiziya və radioda çalışmaq fəxrli peşələrdən sayılsa da, məsuliyyəti böyükdür. Operativ məlumatların dinləyici və izləyicilərə çatdırılması, disiplinli iş prinsipi, öhdəliyə alınmalı olan müəyyən nüanslar da buna daxildir. Bəs bu işə başlayan gənc müxbirlər hansı çətinliklərlə üzləşiblər? Gəlin, indi məhz buna fokuslanaq. Gedirik işə yeni başlamasına baxmayaraq, nailliyyətlər qazanan Pərvin bəyin yanına.
Pərvin Abbasov- gənc müxbir: “Televiziya sahəsi olduqca çətin peşədir. Hər an, hər şeyə hazırlıqlı olmalısan”.
Müsahibimiz deyir ki, mənim özümə qatacaq hələ çox uğurlarım var. Sadəcə, bəzən zamana buraxıb, gözləmək lazımdır. Bu işin çətin tərəflərindən biri də...
Pərvin Abbasov- gənc müxbir: “Bu sahədə mütəxəssis olmaq üçün ixtisasını oxumaq vacibdir. Bir gənc bu yolda müəyyən inkişafyönümlü addımlar atmalıdır”.
Ümumiyyətlə, ağıllarda bir sual yaranır. İnternet resursları dolğun məlumat əldə etmək üçün kifayət edirmi? İndi isə bu sualı digər gənc aparıcı və müxbirimizə ünvanlayacağıq. Ən aktual və maraqlı mövzularla birlikdə “Kəpəz FM” ailəsi olaraq, müxtəlif verilişlərimiz vasitəsilə sizinlə həmsöhbət oluruq. Bunlardan biri də məhz aparıcısı olduğum “Bu axşam” verilişidir. Gənclərin maraq dairəsində olan mövzular haqda suallarla həmkarımın yanına...
Lalə Bağırlı- gənc aparıcı: “Dinləyicilərə zirvədən səslənmək çox xoş bir duyğudur. Çünki onlarla ünsiyyət qurub, daha yaxından tanış ola bilirik. ...bizim fərqimizdə onların rəğbətini qazanmaqdır”.
Tellan Zeynalova
- Baxış: 254